Kabildə törədilən partlayışda ispaniyalı polis ölüb


Dekabrın 11-də Əfqanıstanın paytaxtı Kabildə törədilən terror aktı nəticəsində İspaniya səfirliyini mühafizə edən polis ölüb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bu barədə İspaniyanın baş naziri Mariano Rahoy bildirib.

Baş nazir ölənin ailəsinə başsağlığı verib. Rahoy həmçinin qeyd edib ki, partlayışın hədəfi İspaniya səfirliyi olmayıb: “Terrorçular xarici vətəndaşların qaldığı hoteli partlatmaq istəyib”.

Xatırladaq ki, Kabilin mərkəzində minalanmış avtomobilin partladılması nəticəsində azı 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb. Partlayışa görə məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu