Ağır yol qəzası: 11 nəfər ölüb


Türkiyənin Van vilayəti ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 08.30-da Van-Ərciş yolunda mikroavtobusla yük avtomobili toqquşub. Nəticədə 11 nəfər ölüb, 4 nəfər yaralanıb.

Mikroavtobusun sərnişinləri imtahan üçün Van şəhərinə gedən tələbələr və müəllimlər olub.

Hadisə yerinə ambulanslar cəlb olunub. Ölənlər və yaralılar xəstəxanaya daşınıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu