"Vahid Ələkbərov Mənsimovun otelini almayıb"


"Biz Vahid Ələkbərovun İstanbuldakı "Edition Hotel"i alması ilə bağlı yayılan məlumatları təkzib edirik".

Bu barədə açıqlamanı "LUKoil" neft şirkəti mətbuat xidmətinin rəhbəri Vitali Matuşkin verib.

O deyib ki, şirkətin prezidenti V.Ələkbərov şəxsən Türkiyədə heç bir özəl səhmə sahib deyil: ""LUKoil"ə gəldikdə isə şirkət öz fəaliyyətini Rusiya qanunvericiliyinə, beynəlxalq hüquqa və ikitərəfli dövlətlərarası razılaşmaya tam uyğun həyata keçirir".

Xatırladaq ki, azərbayacanlı milyarderin İstanbulda otel satın alması ilə bağlı məlumatı Türkiyə mətbuatı yaymışdı.

Məlumatda qeyd edilirdi ki, V.Ələkbərov azərbaycanlı iş adamı Mübariz Mənsimova aid "Edition" otelini satın alıb. Otel İstanbulun Levent səmtində yerləşir.

M.Mənsimov isə binanı 2003-cü ildə satın alıb. 2010-cu ildən bura otel kimi fəaliyyət göstərir.

Mətbuatda həmçinin "LUKoil" prezidentinin Mənsimova məxsus digər bir oteli - Bodrumdakı "Palmarina Hotel"i satın alması barədə də xəbərlər yayılmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu