Rusiya Moldovaya müdaxilə edə bilər


NATO-nun Avropadakı qüvvələrinin baş komandanı Bridlav belə deyib

Nato Ukraynanın şərqindəki vəziyyətin gedişatından narahatdır və Rusiyanın Moldovaya qarşı müdaxilə edə biləcəyi ilə bağlı xəbərdarlıq edir.
Afn.az censor.net saytına istinadən xəbər verir ki, NATO-nun Avropadakı hərbi qüvvələrinin baş komandanı Filipp Bridlav belə bir bəyanatla çıxış edib.
“Moldovoda da Moskva digər regionlarda olduğu kimi geniş təbliğat kampaniyası aparır”, - general deyib.
Bridlav həmçinin bildirib ki, Ukrayna və Rusiya tərəfindən fəal şəkildə dəstəklənən terrorçular arasındakı münaqişə hələ davam edə bilər. “Bizlərdən hər hansı birimiz əmin deyilik ki, Putin Ukrayna ilə bağlı qarşısına qoyduğu məqsədlərə artıq çatıb”, - deyə, komandan sözlərinə aydınlıq gətirmək istəyib.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu