İraq Ramadini işğaldan azad etdiyini rəsmən açıqlayıb


İraq ordusu iraqın Ramadi şəhərini işğaldan azad etdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, ordu sözçüsü Yəhya Rəsul qələbə əldə etdiklərini və Ramadidəki rəsmi binaların üzərində artıq İraq bayraqlarının dalğalandığını söyləyib.

ABŞ-ın hava dəstəyi ilə irəliləməyə nail olan İraq ordusu və müttəfiqləri əhalisinin böyük hissəsinin sünnilərdən ibarət olan Ramadi şəhərinin işğaldan azad olunması üçün mübarizə aparırdılar.

Qeyd edək ki, İŞİD terror qruplaşması şəhəri may ayında ələ keçirmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu