Amerika ilə İsrailin arası niyə dəydi: Mənbələrin yeni MƏLUMATI


Amerika xüsusi xidmət orqanları dost ölkələrin liderlərinin məxfi danışıqlarını gizli şəkildə dinləməyə davam edib.

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın indiki və keçmiş vəzifəli şəxslərinə istinadən “The Wall Street Journal” nəşri məlumat yayıb.

Qəzet bildirib ki, dinlənilən liderlər arasında İsrailin baş naziri Benyamin Netanyahu da olub. Nəşrin mənbələri deyib ki, Vaşinqton İranın nüvə proqramı üzrə razılıqların əldə olunması üçün bunu edib.

“Bundan sonra iki dövlət arasında etibarsızlıq mühiti yarandı. 2015-ci ilin payızında İsrail baş nazirinin ABŞ-a səfəri “siyasi minalı sahə” yaratdı”,-deyə bildirilib.

Nəşr qeyd edib ki, Obama administrasiyasında dinləniləcək liderlərin siyahısını məxfi şəkildə hazırlayırlar. “Onların arasına Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel və NATO-nun başqa liderləri daxildir. Eyni zamanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müttəfiqlər siyahısından çıxarılıb”.

Vurğulanıb ki, Ağ Ev tərəfindən Milli Təhlükəsizlik Agentliyinə əldə edilmiş məlumatların başqa idarələrə ötürülməsinə müstəqil şəkildə qərar verməsi üçün səlahiyyət verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu