Dəhşət: 4-ü uşaq olmaqla 5 nəfər yanaraq öldü


Rusiyanın Yaroslavl vilayətinin Pesoçnoye qəsəbəsində yaşayış binasında baş vermiş yanğın nəticəsində 4-ü uşaq olmaqla 5 nəfər ölüb.

Virtualaz.org bildrir ki, bu barədə RİA Novosti agentliyi fövqəladə xidmətlərdə olan mənbəsinə istinadən xəbər verib.

“Hadisə yerində dördü uşaq olmaqla beş nəfərin cəsədi aşkarlanıb”, - agentliyin mənbəsi bildirib.

Məlumata əsasən, yanğın 24 mənzilli ikimərtəbəli taxta binada baş verib. Yanğının söndürülməsinə 11 yanğınsöndürmə briqadası, 35 nəfərdən ibarət canlı qüvvə cəlb olunub. Yanğının baş vermə səbəbləri araşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu