Yerə 4,5 milyard yaşlı meteorit parçası düşdü


Avstraliya ərazisində Yerə təqribən 4,5 milyard il bundan əvvələ aid olan meteorit parçası düşüb.

AZƏRTAC-ın məlumatına görə, geoloqlar tərəfindən tapılan meteorit parçası Yer kürəsindən də qədimdir. Ümumi çəkisi 1,7 kiloqram səma cismi Pert şəhərinin Kurtin Universitetinin alimləri tərəfindən araşdırılır. Onun yerə düşməsi Avstraliyalı geoloqları tərəfindən Eyr gölü ərazisində yerləşdirilən videokameralar vasitəsilə anbaan lentə alınıb.

Meteorit parçasının elmi tədqiqatlar üçün çox əhəmiyyətli olduğu bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu