Böyük Britaniya səfiri Türkiyə XİN-ə çağırıldı


Böyük Britanayida Türkiyə diplomatlarının bank hesabları bağlandıqdan dərhal sonra, bu ölkənin səfiri Ankarada Türkiyə Xarici İşlər nazirliyinə çağırılıb.

Bu barədə "Sabah" qəzeti yazıb.

XİN-in rəsmi nümayəndəsi Tanju Bilgic bəyan edib ki, türkiyəli diplomatların bank hesablarının dondurulması qərarı diplomatik və konsulluq əlaqələri haqqında Vyana Konvensiyasına ziddir.

“Türkiyə Böyük Britaniyanı beynəlxalq hüquqda nəzərdə tutulmuş öhdəliklərə əməl etməyə çağırıb”, - Bilgic deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu