ABŞ bizdən üzr istəməlidir - İrandan tələb


İran dövlət sərhədlərini pozduğu üçün ABŞ-ın üzr istəməsini tələb edib.

AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçilər Korpusunun (İİKK) yaydığı bəyanatda qeyd olunur.

“İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ dövlət katibi Con Kerri ilə əlaqə saxlayıb. O, telefon danışığı zamanı ABŞ-ın üzr istəməsini tələb edib”, - deyə İİKK-in hərbi-dəniz qüvvələrinin kontr –admiralı Əli Fədavi bildirib.

Qeyd edək ki, ötən gün İran körfəzində ABŞ-ın Hərbi dəniz qüvvələrinə məxsus iki gəmi saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu