Tramp müsəlmanları ABŞ-a buraxmayacaq
Bu barədə AzVision.az `RİA Novosti”yə istinadən xəbər verir.
“Siyasi çıxışlara son qoymaq lazımdır. Bizim radikal islamla problemlərimiz var”, - deyə Tramp seçkiöncəsi teledebatlarda çıxışı zamanı bildirib.
Biznesmen qeyd edir ki, bu ideyanı müsəlmanların özləri də dəstəkləyir: “Mənim xeyli sayda müsəlman dostlarım var. Onların böyük əksəriyyəti bu mövzunu qaldırdığıma görə mənə minnətdardırlar”.
Qeyd edək ki, Tramp Respublikaçılar partiyasından seçkiöncəsi prezident yarışının lideridir. O, bir neçə ay əvvəl bəyan edib ki, seçkilərdə qalib gələcəyi təqdirdə bütün müsəlmanların ABŞ-a gəlməsini qadağan edəcək.