Ərəb ölkələri İŞİD-ə qarşı hərbi alyans yarada bilər


Ərəb monarxiyaları özünü “İraq və Şam İslam Dövləti” adlandıran terrorçu təşkilatın (İŞİD) silahlılarına qarşı mübarizə aparmaq üçün hərbi alyans yarada bilərlər.

Misirdə çıxan “Al-Masri al-Yaum” qəzetinin yazdığı xəbərə görə, bu ideya ərəb ölkələrinin martın 28-29-da Misirdə keçiriləcək sammitində müzakirə olunacaq.

Mövcud təhlükə və təhdidlərə qarşı mübarizə aparmaq təşəbbüsü ilə Misir Ərəb Respublikasının prezidenti Əbdül Fəttah əs-Sisi çıxış edib. O, bu təşəbbüsü bu yaxınlarda Liviyada İŞİD silahlılarının misirli qibtilərə divan tutmasından sonra televiziya ilə xalqa müraciətində səsləndirib.

Qəzet öz mənbələrinə istinadla yazır ki, alyansa İordaniya, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının daxil olacağı gözlənilir.(AzərTAc)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu