Pakistan “YouTube”a girişi bərpa edir


Pakistanda “YouTube” vedeo portalına giriş bərpa ediləcək. Bununla bağlı Pakistan hökuməti müvafiq qərar hazırlayıb və yaxın vaxtlarda qərar qüvvəyə minəcək. Novator.az xəbər verir ki, İnformasiya Texnologiyaları və Telekommunikasiya Nazirliyinin rəsmisi Saqir Vattu yanvarın 18-də jurnalistlərə belə deyib.

Saqir Vattu sənədin artıq Pakistanın telekommunikasiya qurumuna — ölkənin teleradio yayımı işləri üzrə baş nəzarətçi orqanına göndərildiyini və yaxın 48 saat ərzində qərarın icrasına başlanacağını vurğulayıb.

Nazirlik rəsmisinin sözlərinə görə, Pakistan ərazisində “YouTube” bərpa edilsə də, portaldakı islam əleyhinə videolara giriş mümkün olmayacaq. Saqir Vattu bu istiqamətdə müvafiq qurumların artıq tədbir gördüyünü qeyd edib.

Pakistan hökuməti “YouTube”a girişi 2012-ci ilin sentyabrından bağlayıb. Portala giriş rejissor Sem Bessilin “Müsəlmanların məsumluğu” filminin “YouTube”da yerləşdirilməsindən sonra qadağan olunub. Bu film islam dünyasında kəskin etirazla qarşılanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu