Yıldırım: "O, Ərdoğanı təhqir etdi"


CHP lideri Kamal Kılıçdaroğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid etməyib, təhqir edib.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Nəqliyyat naziri Binəli Yıldırım deyib.

“Bazar günü CHP rəhbərliyi konfrans təşkil etdi. Həmin konfransda Kılıçdaroğlu Ərdoğanı təhqir etdi. Əslində Ərdoğanın simasında bütün milləti təhqir etmiş oldu. Bunu siyasi partiya lideri etməməli idi. Tənqid həm gündəlik, həm də siyasətdə var. Kılıçdaroğlu həmişə Atatürkün yaratdığı partiyanın sədri olduğu üçün fəxr edir. Lakin Atatürkdən heç örnək götürməyib”, - deyə Binəli Yıldırım bildirib.

Qeyd edək ki, bir müddət əvvəl CHP lideri Kamal Kılıçdaroğlu Ərdoğanı diktator adlandırmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu