Rusiya ABŞ-ın borc öhdəliklərini alır


Rusiyanın son aylarda ABŞ-ın borc öhdəlikləri qiymətli kağızlarının alınmasına xərclərinin ümumi məbləği 88 milyard dollara çatıb.

Virtualaz.org saytı RİA Novosti agentliyinin xəbərinə əsasən bildirir ki, 2014-cü ilin noyabr ayından ötən ilin noyabr ayına qədər olan dövrdə Rusiya ABŞ dövlət istiqrazlarına kapital qoyuluşlarını 20 milyard dollar həcmində azaldıb.

Bunun qarşılığında Rusiya ABŞ-ın borc öhdəlikləri üzrə qiymətli kağızlarının alışına üstünlük verməyə başlayıb. Hal-hazırda Rusiya tərəfindən alınmış bu qiymətli kağızların ümumi həcmi 88 milyard dollara çatıb. Bu barədə ABŞ Maliyyə Nazirliyinin son hesabatında deyilir.

Borc öhdəlikləri üzrə qiymətli kağızlar onların sahiblərinə vaxtı yetişdiyində borcu geri tələb etmək hüququ verir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu