ABŞ dənizdə itkin düşən 12 hərbçisinin axtarışlarını dayandırıb


ABŞ-ın Sahil Mühafizəsi Havay adalarında iki hərbi vertolyotun toqquşmasından sonra itkin düşən 12 dəniz piyadasının axtarışlarını dayandırmaq qərarına gəldiyini bəyan edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, 14-cü sahil mühafizə dairəsinin komandanı, kapitan Cim Cenkinsin sözlərinə görə, sağ qalanları tapmaq əməli olaraq mümkün deyil.

Lakin kapitan digər idarələrdən müvafiq təkliflər daxil olacağı təqdirdə axtarışların bərpa oluna biləcəyini istisna etməyib.

Göyərtəsində 12 nəfərin olduğu ABŞ dəniz piyadaları korpusunun iki "CH-53" tipli vertolyotu yanvarın 15-də toqquşub. Hadisə Havayın Oaxu adası sahillərində baş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu