Yaponiya İran üzərindən sanksiyaları götürdü


ABŞ və Avropa İttifaqının ardından Yaponiya da İran üzərindən sanksiyaları götürdü.


"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Fumio Kisida bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, artıq Tehranla investisiya sahəsində əməkdaşlıq üçün heç bir əngəl qalmayıb.
"İnvestisiya qoyuluşuna dair razılaşma İran iqtisadiyyatını Yaponiya şirkətləri üçün açacaq. Beləliklə, yaponiya şirkətləri İranın neft və qaz sektorunun inkişafına da təkan verə biləcək", - deyə yaponiyalı nazir bildirib.
Onun sözlərinə görə, rəsmi Tokio dünyanın ən böyük neft yataqlarından birisi hesab olunan "Azadegan"-da fəaliyyətini bərpa etmək istəyir.
2004-cü ildə Yaponiya şirkətləri sözü gedən yatağın kəşfiyyat və istismar hüququnu əldə etsə də, 2010-cu ildə beynəlxalq sanksiyalar səbəbindən layihədən çəkilmişdilər.
Xatırladaq ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın nüvə proqramına dair yaydığı hesabatın ardınca Vyanada keçirilən birgə mətbuat konfransında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Avropa İttifaqının İrana qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırdığını elan edib.
ABŞ Prezidenti Barak Obamanın da İran üzərindən sanksiyaların götürülməsinə dair müvafiq sənədi imzalaması barədə xəbərlər yayılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu