Emomali Rahmon ömürlük prezident olacaq


Tacikistan parlamentinin aşağı palatası yekdilliklə ölkə konstitusiyasına dəyişiklikləri nəzərdə tutan qanun layihəsini qəbul edib.


Bu barədə AzVision.az “İnterfax”-a istinadən xəbər verir.

Konstitutsiya Məhkəməsinin təsdiqləyəcəyi təqdirdə yeni dəyişikliklər Emomali Rahmonın istədiyi qədər prezident seçilməsinə imkan verəcək. Qeyd edək ki, daha əvvəl Tacikistan prezidenti Emomali Rahmon “millətin lideri” adını alıb.

Digər əhəmiyyətli dəyişikliklər sırasında Tacikistan prezidentliyinə namizəd olan şəxsin yaş senzinin 35-dən 30-a endirilməsidir. Yerli ekspertlər 2020-ci ildə ölkədə keçiriləcək prezident seçkiləri zamanı prezidentin oğlu Rüstəm Emomalinin 33 yaşı olması faktına diqqət çəkirlər.

Qeyd edək ki, hazırda Emomali Rahmonının 28 yaşlı oğlu maliyyə nəzarəti və korrupsiya ilə mübarizə üzrə dövlət agentliyinin rəhbəridir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu