Türkiyə Rusiyanın sanksiyalarına cavab hazırlayır


Türkiyə ilk dəfə Rusiyanın 2015-ci ilin noyabrından tətbiq etdiyi sanksiyalara qarşı cavab tədbirləri görməyə hazırlaşır.


APA-nın məlumatına görə, bu barədə Rusiyanın “Kommersant” qəzeti yazıb. Qəzet bu sanksiyaların metallurgiya sahəsini əhatə edə biləcəyini qeyd edib.

“Metallurgiya sahəsindən başqa Rusiya məhsullarına qarşı hər hansı məhdudiyyətlərin qoyulması ehtimal edilmir”, - deyə qəzet mənbəyə istinadən yazır.

Xatırladaq ki, ötən il noyabrın 24-də Suriya istiqamətindən sərhədi pozan Rusiya təyyarəsinin Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulmasından sonra Rusiya prezidenti Vladimir Putin noyabrın 28-də Türkiyəyə qarşı sanksiyalar tətbiq etmək barədə fərman imzalayıb.

Yanvarın 1-dən isə tərəvəz, meyvə, gül, toyuq əti və duzun Türkiyədən Rusiyaya gətirilməsi qadağan edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu