Obama Trampdan danışıb


ABŞ prezidenti Barak Obama Donald Trampdan danışıb.


Donald Tramp milyarderdir. O, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq uğrunda mübarizə aparır.

Novator.az xəbər verir ki, Barak Obama Donald Trampı 2008-ci ilin prezident seçkisində respublikaçıların namizədi olmuş Con Makkeynlə müqayisə edib. Barak Obama ABŞ prezidenti postuna ilk dəfə 2008-də seçilib. O vaxt Demokratlar Partiyasının prezidentliyə namizədi Barak Obamanın əsas rəqibi Con Makkeyn olub. 2012-ci ildə növbəti seçkidə demokratlar yenə respublikaçılara qalib gəliblər və Obama daha 4 il müddətinə prezident postunu əlində saxlayıb. ABŞ-da növbəti prezident seçkisi 2016-cı ilin noyabrında olacaq.

Trampı Makkeynlə müqayisə edən Obama deyib: “Con Makkeyn müsəlmanların ABŞ-a gəlməsinə qadağa qoymağa çağırmırdı. Bildiyiniz kimi, o, mühafizəkardır, amma 2008-ci ilin prezident seçkisində təkcə Respublikaçılar Partiyasının deyil, həm də bizim siyasi dialoq kursundan çıxış edirdi”.

Obama qarşıdan gələn prezident seçkisində seçicilərin lazımi qərar qəbul edəcəyinə əminliyini vurğulamaqla faktiki olaraq amerikalıları Trampı dəstəkləməməyə çağırıb.

Ehtimal ki, yeni seçkidə Demokratlar Partiyasının namizədi Hillari Klinton olacaq. Hillari Klinton Obamanın birinci müddətdəki prezidentliyi dövründə dövlət katibi vəzifəsində çalışıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu