Ukrayna "ən uğursuz” iqtisadiyyata malik ölkələr siyahısındadır


Təhlilçilərin tərtib etdiyi siyahıda ölkə ilk beşlikdədir

Bloomberg 2015-ci ildə ağır vəziyyətdə olacaq dünya indeksində ən “uğursuz” iqtisadiyyata malik 15 ölkənin adını müəyyənləşdirib.
Afn.az censor.net saytına istinadən xəbər verir ki, siyahıda Ukrayna yalnız Venesuela, Argentina və CAR-a güzəştə gedərək, top-beşlikdə dördüncü yerdə qərarlaşıb. Agentlik 51 ölkədə aparılan rəqəmlər əsasında belə nəticəyə gəlib. Bədbəxtlik və ya uğursuzluq indeksi adlandırılan indeksə görə, əsasən ölkədə olan işsizliyin və inflyasiyanın səviyyəsi nəzərə alınır.
Rəsmi rəqəmlərə görə, ötən il Ukraynada inflyasiya 24,9 faiz təşkil edib və hökumət cari ildə bu rəqəmin bir qədər də çox olacağını proqnozlaşdırır. Lakin Bloomberg daha optimist proqnoz müəyyənləşdirib. Agentlik ölkədə inflyasiyanın 17,5 faiz civarında olacağını proqnozlaşdırıb, işsizliyin səviyyəsinin isə ötən ilki 8,9 faizdən 9,5 faizə yüksələcəyi bildirilir.
Ukraynadan da acınacaqlı durumda olan Argentina və Venesuelada inflyasiya faizi daha yüksəkdir, lakin CAR-da inflyasiyanın səviyyəsi nisbətən aşağı olsa da, bu ölkə yüksək işsizlik səviyyəsindən əziyyət çəkir. Məhz bu səbəbdən həmin üç ölkə Ukraynanı geridə qoyaraq, daha “ön sıralara” adlaya bilib.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu