Tacikistan prezidenti öz qızını Prezident Aparatının rəhbəri təyin edib


Tacikistan prezidenti Emomali Rahmon qızı Ozoda Rahmonu Prezident Aparatının rəhbəri təyin edib.


Bu barədə məlumatı Tacikistan dövlət başçısının mətbuat xidməti yayıb.

Ozoda Rahmon bundan əvvəl Tacikistanın xarici işlər nazirinin birinci müavini vəzifəsində çalışıb.

Yeni vəzifədə o, Baxtiyer Xudoyerzodanı əvəz edib. B.Xudoyerzodanın namizədliyi isə Mərkəzi Komissiyanın sədri vəzifəsinə irəli sürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu