Türkiyənin hərbi yardım təyyarələri İraqa endi


Türkiyə İŞİD-ə qarşı əməliyyata hazırlaşan İraqa iki təyyarə dolusu hərbi yardım göndərib.

Müsavat.com-un məlumatına görə, Türkiyədən havaya qalxan yardım təyyarələri paytaxt Bağdadda yerləşən “əl-Müsənna” hərbi hava limanına enib.

Türkiyənin Bağdaddakı səfiri Fərrux Qaymaqçı hərbi yardımları İraq Müdafiə Nazirliyinin işçilərinə təqdim edib. Hərbi yardım Türkiyə müdafiə naziri İsmət Yılmazın Bağdad səfərindən bir gün əvvəl göndərilib.

Qeyd edək ki, İraq ordusu İŞİD-ə qarşı Mosul əməliyyatına hazırlaşır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu