Ermənistanda da qrant böhranı başlayıb


Ermənistanın İstintaq Komitəsi Avropa İttifaqının (Aİ) ayırdığı qrantın mənimsənilməsi faktı ilə bağlı cinayət işi başlayıb.


"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin auditi nəticəsində qurumun təşkilatlardan birinə verdiyi qrantın mənimsənildiyi aşkarlanıb.
İnformasiyaya əsasən, faktla bağlı cinayət işi başlanıb. Cinayət işinin hansı təşkilata açıldığı və istintaqın gedişi haqda əlavə məlumat yayılmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu