Ruhani yenidən Avropa yolunda


İran prezidenti Həsən Ruhani Avstriya və Belçikaya səfər edəcək.

Bu barədə İranın Prezident Administrasiyasının rəhbəri Məhəmməd Nahavandian məlumat verib. Onun sözlərinə görə, Ruhani hər iki dövlətin dəvəti ilə bu ölkələrə səfər edəcək.

Nahavandian bundan əlavə İsveçrə prezidentinin yaxın günlərdə İrana səfər edəcəyini bildirib.

Avropa dövlətlərindən rəsmi şəxslərin də İranan səfəri gözlənilir.

`Həsən Ruhaninin İtaliya və Fransa səfəri göstərdi ki, Avropa ölkələri Tehranlaəməkdaşlıq etməyə razıdırlar`-deyə Nahavandian vurğulayıb.

Qeyd edək ki, sanksiyalar aradan qaldırılandan sonra İran prezidenti Həsən Ruhani ilk dəfə İtaliya və Fransaya rəsmi səfər edib. Səfər çərçivəsində ölkələr arasında mühüm sənədlər imzalanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu