Obamanın ABŞ-a verdiyi "xeyir" - 19 trilyon borc


ABŞ hökuməti ölkənin dövlət borcunun 19 trilyon dollar keçməsi xəbərini rəsmi olaraq təsdiqləyib.


Bu barədə AzVision.az `The Washington Times`-a istinadən xəbər verir.

Nəşr ABŞ-ın Maliyyə Nazirliyinin yaydığı məlumata istinadən yazır ki, Barak Obama ötən həftə 19 trilyon dollar borc həddini keçib.

Dövlət borcunun 13,7 trilyon dolları özəl investorların, həmçinin amerikalı və xarici investisiya şirkətlərinin payına düşür. Borcun digər hissəsi daxili borcalma hesabına formalaşıb.

Qəzet yazır ki, Barak Obama hakimiyyət gəldiyi zaman ABŞ-ın dövlət borcu təxminən iki dəfə az - 10,6 trilyon dollar olub.

Qeyd edək ki, daha əvvəl Respublikaçılar Obama Administrasiyasını bədxərclikdə və vasitələri qeyri-effektiv istifadə etməkdə günahlandırıb. Administrasiya isə öz növbəsində bu ittihamları rədd edərək maliyyə vəsaitlərini hələ Obama hakimiyyətə gəlməmişdən əvvəl respublikaçı –oğul Corc Buşun dövründə başlayan maliyyə böhranın fəsadlarının aradan qaldırılmasına sərf etdiklərini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu