Saxta içkidən 24 nəfər həyatını itirdi


İndoneziyanın Orta Cava bölgəsinin Sleman kəndində saxta içki səbəbi ilə ən az 24 nəfər həyatını itirib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat France Press agentliyində yer alıb.

Məlumata görə, polis hadisədə şübhəli bilinən iki nəfəri saxlayıb. Xəbərdə bildirilir ki, tərkibində zərərli maddələrin olduğu içkidən zəhərlənən 22 nəfər xəstəxanada müalicə alır.

Rəsmilər içkilərin araşdırılması üçün laboratoriyalara göndərildiyini açıqlayıb.

Qeyd edək ki, İndoneziyada saxta içkidən ölüm hadisələri geniş yayılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu