Egeydə qaçqın gəmi və qayığı batdı, 33 nəfər öldü


Qanunsuz yolla Türkiyədən Yunanıstana gedən və qaçqınları daşıyan gəmi və qayığın batması nəticəsində 33 nəfər dənizdə boğularaq ölüb.


"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Egey dənizinin Türkiyənin İzmir əyaləti Diklili bölgəsi hissəsində göyərtəsində qaçqınlar olan qayığın batması zamanı 11, Balıkəisr əyalətinin Edremit rayonunun Altınonluq məhəlləsi yaxınlığında gəminin batması nəticəsində isə 22 qaçqın ölüb.

Xəbərdə bildirilb ki, onlar qanunsuz yolla Yunanıstanını Midli adasına keçmək istəyirmişlər.

Məlumata görə, hadisə yerinə xilasedicilər cəlb edilib. Axtarış-xilasetmə əməliyyatı keçirilir. Keçirilən əməliyyat nəticəsində 4 qaçqın xilas edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu