Papua-Yeni Qvineyada 6,7 bal gücündə zəlzələ baş verib


Papua-Yeni Qvineya sahillərində 6,7 bal gücündə zəlzələ baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Panquna şəhərindən 96 km cənub-qərbdə, ocağı isə 33 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

Qeyd edək ki, fevralın 5-də Tayvanda 6,4 bal gücündə zəlzələ baş vermişdi. Təbii fəlakət nəticəsində 38 nəfər ölmüş, 100-dən çox insan itkin düşmüşdü.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu