Ermənilər və ruslar eyni vaxtda təlimə başladı


"Ermənistan Müdafiə Nazirliyinin beşinci ordu korpusunun və Rusiyanın 102-ci hərbi bazasının eyni gündə hərbi təlimə başlaması sırf təsadüfdür".


AzVision.az "news.am"-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib. Onun sözlərinə görə, əvvəlcədən hazırlanan planda gözlənilməz yoxlamalara da yer verilib: “Beşinci ordu korpusunun və Rusiyanın 102-ci hərbi bazasının eyni gündə hərbi təlimə başlaması sırf təsadüfdür”.

Qeyd edək ki, fevralın 8-də Cənub hərbi dairəsinin qoşunları və hava-desant birləşmələrinin döyüş hazırlığının qəfil yoxlanlmasına başlanılıb. Rusiya prezidenti Vladimir Putin Cənub hərbi dairəsinin qoşunlarına, o cümlədən Xəzər və Qara dəniz donanmalarının qüvvələrinə bir nömrəli döyüş hazırlığı əmri verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu