Generala edam cəzası


Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In daha bir dövlət məmurunu edam etdirib.

Silahlı Qüvvələrin baş qərargah rəisi Ri Yon Gil edam edilib. Buna səbəb isə onun adının korrupsiya və mənimsəmədə hallanması olub. Bildirilir ki, qərargah rəisi ötən həftə edam edilib.
Qeyd edək ki, ötən il Şimali Koreya liderinin dayısı Çan Son Txek Vətənə xəyanətdə, korrupsiyada və pornoqrafiyaya meyllilikdə günahlandırılaraq edam olunub. Eyni zamanda məmurun tapşırıqlarını icra edən yeddi nəfər köməkçisi də 2015-ci il dekabrın 12-də edam edilib. Bəzi mənbələrin məlumatlarına görə, onlar vəhşi itlərin qarşısına yem olaraq atılıblar.(azvision.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu