Lavrov Kerri ilə Suriyada vəziyyəti müzakirə edib


Rusiya Xarici işlər naziri Sergey Lavrov ABŞ Dövlət katibi Con Kerri ilə Münxendə keçirdiyi görüş zamanı Suriyada atəşkəsin əldə olunması ilə bağlı fikir mübadiləsi aparıb.

“Report” RİA "Novosti" agentlirinə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
O, bildirib ki, tərəflər humanitar yardımların Suriyaya çatdırılması mövzusunu da diqqət mərkəzində saxlayıblar.
Zaxarova qeyd edib ki, Kerri və Lavrov münaqişə ilə bağlı müzakirələrin ekspertlər səviyyəsində davam etdirilməsilə bağlı razılığa gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu