Tramp: “Bu, Avropanın sonuna çıxacaq”


ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd olan Donald Tramp miqrantların Avropaya axışması ucbatından “qoca qitə”də inqilabların olacağını deyib.

Son vaxtlar siyasətə ciddi şəkildə qoşulan milyarder Fransanın həftəlik “Valeurs Actuelles” jurnalına geniş açıqlamalar verib.

“Avropada baş vernələr Avropada anarxiya yaradacaq. Merkelin buna imkan verməsi çox təəccüblüdlür. Əgər biz yaranmış vəziyyətin öhdəsindən doğru şəkildə gəlməsək, Avropanın sonunu gözləmək lazım gələcək”.

Donald Trampın fikrincə, Fransa əvvəlki deyil, Merkel isə yüzminlərlə qaçqını qəbul etməklə səhvə yol verib. “Alman dostlarım nəyin baş verdiyini bilmirlər. Onlar nəyin baş verdiyi anlamırlar”.

Tramp düşünür ki, Parisdə 130 nəfərin həlak olduğu terror aktları ölkədə silahlar leqallaşdırılsaydı baş verməzdi.

“Həmin hadisələr zamanı əlində silah olan yalnız terrorçular idi. Mən həmişə üzərimdə silah gəzdirirəm.

Əgər “Bataklan” klubunda yaxud Parisin terror törədilən başqa səmtində olsaydım, düşünmədən atəş açmağa başlayardım. Ən pis şey - səni öldürmək istəyənlərə cavab verə bilməməyindi”.

Sonda siyasətçi müsəlmanların ABŞ-a buraxılmaması ilə bağlı verdiyi qalmaqallı sözlərinə aydınlıq gətirib.

“Mənim çoxlu müsəlman dostlarım var və onlar mənimlə razıdılar. Onlar məni anlayırlar. İslamın radikallaşması ilə bağlı ciddi şeylər baş verir və bunu anlamaq lazımdır”.

Donald Tramp Respublikaçılar partiyasından prezidentliyə ən real namizəd hesab olunur.
(modern.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu