FİFA-nın keçmiş baş katibi ağır cəzalandırılıb


FİFA-nın keçmiş baş katibi Jerom Valke ağır cəzalandırılıb.

FİFA-nın etika üzrə arbitraj palatası Valkeni 12 illik cəzalandırıb.

O, bu müddətdə milli və beynəlxalq səviyyədə futbol sahəsində çalışa bilməyəcək. Keçmiş baş katib 90 min avro cərimə də ödəməli olacaq.

Qeyd edək ki, fransız futbol funksioneri ötən ilin sentyabrında vəzifəsindən uzaqlaşdırılmışdı.

O, 2014-cü ildə keçirilən dünya çempionatının bilet satışında maxinasiyaya yol verməkdə ittiham olunurdu. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu