Türkiyə Ukraynaya 50 milyon dollar məbləğində kredit verəcək


Ukrayna və Türkiyə "böyük iyirmilik" ölkələrindən ümumi makromaliyyə yardımı çərçivəsində Ukraynaya illik 2,5% olmaqla, 5 il müddətinə 50 milyon dollar kredit verilməsi ilə bağlı saziş imzalayıb.


"Report" UNIAN informasiya agentliyinə istinadən xəbər verir ki, sənəd Kiyevdə Ukrayna baş naziri Arseniy Yatsenyuk və Türkiyənin baş naziri Əhməd Davudoğlunun iştirakı ilə imzalanıb. Qeyd edək ki, Türkiyənin hökumət başçısı ilk dəfədir Ukraynaya səfər edib.
"Ukraynanı, onun ərazi bütövlüyünü və suverenliyini müdafiə etdiyinə görə Türkiyə xalqına təşəkkür edirəm. Bizim ölkələr öz vətəndaşlarını, ərazi bütövlüyünü və suverenliyini müdafiə edir. Bizim aramızda həm də əhəmiyyətli iqtisadi dialoq olub. Azad ticarət zonasının yaradılmasının başa çatdırılması gündəlikdə dayanan məsələdir. Biz türk investorların Ukrayna iqtisadiyyatında olmalarını yüksək dəyərləndiririk. Nazirlərimizin hər biri istənilən sahədə dialoqa hazırdır", - deyə A.Yatsenyuk bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu