7 səfir XİN-ə çağırıldı


7 səfir Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün səfirləri, Avropa İttifaqının Türkiyə nümayəndəliyinin başçısı və Aİ-na sədrlik edən Niderlandın səfiri Türkiyə Xarici İşlər Nazirliyinə dəvət olunublar.

Diplomatik mənbələrdən əldə olunan məlumata əsasən, Nazirlik müşaviri Feridun Sinirlioğlu ABŞ səfiri John Bass, Almaniya səfiri Martin Erdmann, Rusiya səfiri Andrey Gennadiyeviç Karlov, İlgiltərə səfiri Richard Moore, Fransa səfiri Charles Fries, Çin səfiri Yu Hong Yang, Avropa İttifaqına sədrlik edən Niderlandın Ankaradakı səfiri Cornelis Van Rij və Avropa İttifaqının Türkiyə nümayəndəliyinin başçısı Hansjörg Haberlə ayrı-arı görüşlər keçirib.

Qeyd edək ki, Baş nazir Əhməd Davudoğlu Ankaradakı terror aktıyla bağlı xarici işlər naziri Mevlud Çavuşoğluna təlimat verəcəyini, BMT TŞ-nın daimi beşlik ölkələrilə dost və müttəfiq ölkələrin səfirlərinin Xarici İşlər Nazirliyinə çağırılaraq hücumla bağlı məlumat və sənədlər veriləcəyini bildirmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu