Daha bir gəmi faciəsi: 15 nəfər itkin düşüb


Malaziyanın şimal-qərbində, Lanqkavi arxipelaqı yaxınlığında balıqçı gəmisinin qəzaya uğraması nəticəsində 15 nəfər itkin düşüb.

Malaziyanın Dənizdə Xilasetmə Xidmətinə şənbə günü axşam qəzaya uğramaqda olan gəmi barədə məlumat daxil olub. Xilasetmə gəmisi Malaka körfəzində Pulay Payyar adasından təqribən 10 dəniz mili aralıda qeydə alınan qəza yerinə yollanıb. Xilasetmə işləri bu gün səhər də davam etdirilib.

Batan gəminin göyərtəsində olan 15 nəfərin aqibəti hələ də məlum deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu