Təyyarələrdə litium-ionlu batareyaların daşınmasına qadağa qoyulacaq


Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) sərnişin təyyarələrində litium-ionlu batareyaların daşınmasına qadağa qoyub.


"Report" "Reuters"ə istinadən xəbər verir ki, ICAO ekspertləri noutbuk, smartfon və fotokameralarda istifadə olunan standart batareyaları yanğın təhlükəli hesab etdiyindən onların hava gəmisinin göyərtəsinə aparılmasını yasaqlayıb.
Qərar bu il aprelin 1-dən qüvvəyə minəcək və "təhlükəli yük" üçün yeni standart odadavamlı qablaşdırma hazırlanmayana qədər davam edəcək.
Qadağa ICAO-ya üzv 191 ölkənin hamısı üçün məcburi olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu