Britaniya kinosunun veteranı vəfat edib


Britaniya kinosunun veteranı, Britaniya İmperiya ordeninin sahibi, məşhur operator Duqlas Slokom dünyasını dəyişib.


"Report" xəbər verir ki, məşhur kino xadimi 104 yaşında vəfat edib.
O, İndiana Cons haqqında çəkilən silsilə filmlərin operatoru olub.
Duqlas Slokom Britaniya kinosunun ən məşhur simalarından biri olub. Onun operator kimi çəkdiyi filmlər dəfələrlə yüksək mükafatlara layiq görülüb.
İndiana Cons haqqında çəkdiyi silsilə filmlərə görə, Duqlas Slokom 3 dəfə "Oskar" mükafatına layiq görülüb.
2008-ci ildə qocaman kino xadimi Britaniyanın İmperiya Ordeni ilə təltif edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu