​Belaruslu bəstəkar dünya çempionuna kompozisiya yazıb


Belaruslu pianoçu və bəstəkar Yuri Blinov 2014-cü ildə Almaniya milli komandası ilə dünya çempionu olmuş və İspaniyanın "Real Madrid" klubunda çıxış edən futbolçu Toni Krosa konsert yazıb.


"Report"un məlumatına görə, kompozisiya 5 hissədən ibarətdir.
Bəstəkar bu addımını uzun müddətdir ehtiraslı futbol azarkeşi olması ilə əlaqələndirib: "Braziliyada keçirilmiş dünya çempionatı zamanı xəstələndim. Təbii ki, bu kompozisya almanlar üçündür. Ancaq Kros Almaniyanın dünya çempionu olmasında böyük rol oynayıb. Bu da mənim yaradıcılıq axtarışlarımı gücləndirdi".
Qeyd edək ki, Toni Kros 2014-cü ildə milli komanda ilə qazandığı dünya çempionluğundan əlavə, Madrid klubunda UEFA Super Kuboku və klublararası dünya çempionatının qalibi olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu