Xəstəxana bombalandı: 9 ölü, 23 yaralı


Suriyanın Hələb əyalətində yerləşən xəstəxananın bombalanmasının nəticəsində 9 dinc sakin ölüb, daha 23 nəfər yaralanıb.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiyanın döyüş təyyarələrinin Suriyada müxalifətin nəzarəti altında olan xəstəxananı bombalaması nəticəsində ölən və yaralananlar var.

Bildirilir ki, Rusiya təyyarələri fevralın 24-də günortadan sonra Türkiyənin Hatay əyalətinin Reyhanlı bölgəsindəki Cilvəgözü sərhəd məntəqəsindən 35 km aralı Suriyanın Hələb əyalətinin əl-Eterip qəsəbəsindəki sağlamlıq mərkəzini bombalayıb.

Sakinlər bombalanmış binanın altında qalan yaralı və ölüləri çıxarıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu