Müxalifət lideri azadlığa çıxdı


Moskva metrosunda müxalifətin aksiyasına dair vərəqələr paylayarkən həbs edilmiş Rusiyanın müxalifət lideri Aleksey Navalnı 15 günlük həbs müddətini başa vuraraq azadlığa çıxıb.

Publika.az-ın məlumatına görə, tərəfdarları qarşısında çıxış edən Navalnı Boris Nemtsovun qətlinin onu hökumətə qarşı kampaniyasından çəkindirməyəcəyini deyib. Müxalifət lideri Nemtsovun məzarını ziayət edəcəyini bildirib.

Xatırladaq ki, Moskva məhkəməsi Navalnının Nemtsovun dəfn mərasimində iştirak etmək üçün vaxtından əvvəl azad edilməsi tələbini rədd etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu