​"Moody's" Çinin kredit reytinqi üzrə proqnozu azaldıb


"Moody's" beynəlxalq reytinq agentliyi Çinin kredit reytinqi üzrə proqnozu "stabil"dən "neqativ"ə salıb.


"Report" xəbər verir ki, Agentlik bu addımını Çinin artan borc yükü və hökümətin iqtisadiyyatın 5 illik plan çərçivəsində islahatlar həyata keçirməkdə tam müvəffəqiyyət əldə edə bilməyəcəyi üçün atdığını bildirib.
Reytinq agentliyindən verilən məlumata görə, problemli dövlət müəssisələrinin öhdəliklərini öz üzərinə götürməsi halında Çin höküməti maliyyə problemləri ilə qarşılaşa bilər. Bu zaman, ölkədən çıxan kapitalın sürətlənməsinin də yaradacağı mənfi təsirin, Çin iqtisadiyyatının son 25 ilin ən zəif artımını dəstəkləmək üçün hökümətin imkanlarını məhdudlaşdıracağı ehtimal edilir. "Moody's" dövlətin fond birjalarına və valyuta bazarına intervensiyalarının ölkədə islahatların keçirilməsində şübhələr yaratdığını qeyd edib.
Agentliyin Çinin kredit reytinqi proqnozunu azaltması faktı 2016-cı ilin sonuna doğru ölkənin reytinqinin özünün azaldılması ehtimallarını artırır. Ölkənin əsas fond birjası indeksi olan "Shanghai Composite" bu qərara sakit reaksiya verib və hətta bu günü 3%-dən yuxarı artımla tamamlayıb.
Qeyd edək ki, "Shanghai Composite" indeksi son 8 ay ərzində 45% azalaraq 2 840 bəndə kimi geriləyib. "Report"un analitik qrupu hesab edir ki, çinli investorlar beynəlxalq reytinq agentliklərinin qərarlarını normal hesab edir və əvvəlcədən buna hazırlıqlı olublar. Çin milli valyutası - yuan isə hazırda dollarla müqayisədə 6,55 CNY/USD səviyyəsindədir. Çinin iqtisadi göstəricilərinin pisləşməsi isə ölkədən kapital axınını artıra bilər ki, bu da milli valyuta və fond indeksələrinin azalmasına gətirib cıxaracaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu