​ABŞ generalı: "Rusiya Əsəd rejimi miqrasiyadan Avropaya qarşı istifadə edir"


"Rusiya və Bəşşar Əsəd rejimi kütləvi miqrasiyadan Avropanın infrastrukturuna zərbə vurmaq və siyasi təzyiq göstərmək üçün silah kimi istifadə edir".


"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Avropadakı NATO qoşunlarının komandanı, ordu generalı Filip Bridlav Senatın Silahlı Qüvvələr üzrə komissiyasındakı çıxışında bildirib.
Onun sözlərinə görə, Rusiyanın təyyarələri atəşkəs rejimində də havadan zərbələr endirir: "Biz bu zərbələrin xarakterində heç bir dəyişiklik görmədik. Onlar sözdə İŞİD, "Ən-Nusra" və başqa terrorçu qruplaşmaların mövqeylərini vurduqlarını desələr də, əməldə əksini görürük. Suriyadakı müharibədə Rusiyanın iştirakı vəziyyəti daha da mürəkkəbləşdirir. O, Suriyada Bəşşar Əsədin mövqeyini möhkəmləndirir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu