İordaniyada İŞİD-in dinc əhaliyə qarşı planlaşdırdığı terror aktının qarşısı alınıb


İordaniya Silahlı Qüvvələri ölkənin şimalındakı İrbid şəhərində xüsusi əməliyyat keçirib.


"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının dinc əhaliyə qarşı planlaşdırdığı terror aktının qarşısı alınıb.
İŞİD yaraqlıları ölkədə milli təhlükəsizliyi pozmaq məqsədilə mülki və hərbi obyektlərə hücum etməyi planlaşdırıbmış.
Qeyd edək ki, daha əvvəl İordaniya təhlükəsizlik xidmətləri İrbiddə həyata keçirilən antiterror əməliyyatı zamanı 7 yaraqlını öldürmüşdü.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu