Tramp müstəqil namizəd olmaq niyyətində deyil


"Mən seçkilərə müstəqil namizəd kimi qatılmaq niyyətində deyiləm. Respublikaçılar Partiyasını sevirəm, ora milyonlarla insan gətirmişəm".


"Report" xəbər verir ki, bunu "Fox-News" müsahibəsində ABŞ prezidenti seçkilərinə Respublikaçılar Partiyasının namzidlərindən olacaq milyarder Donald Tramp deyib.
Yaxın günlərdə ilkin seçimlərin olacağı Miçiqan ştatındakı seçkiqabağı telebatda D.Tramp özünü Hillari Klintonun yeganə rəqibi hesab etdiyini bildirib: "Fikrimcə, Respublikaçılar Partiyasının qələbəsi üçün ən yaxşı variant mənim namizəd olmağımdır. Mən Klintona qalib gələcəm. Digərləri onu üstələyə bilməz".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu