KİV: Albaniya TAP boru kəmərinin qazından elektrik enerjisi istehsal etmək niyyətindədir


Albaniya hökuməti Trans-Adriatik Boru Kəmərinin (TAP) qazından elektrik enerjisi istehsal etməyin imkanlarını nəzərdən keçirir.


"Report" "DTT-net"ə nəşrinə istinadən xəbər verir ki, qazın elektrik enerjisinə çevrilməsi prosesi ölkənin cənubundakı istifadə olunmayan SES-də baş verəcək.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin mərhələdə ildə 10 mlrd. kubmetri Avropaya nəql olunacaq. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində Trans-Anadolu Qaz Boru Kəmərinə (TANAP) birləşəcək və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq. "Şahdəniz" yatağından Azərbaycan qazının Avropaya ilk tədarükü 2019-cu ilin sonu-2020-ci ilin əvvəlinə planlaşdırılır. Boru kəmərinin uzunluğu 878 km təşkil edir ki, bunun da 545 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizi, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 metr), ən aşağı hissəsi isə dənizin altında (-820 metr) olacaq. Hazırda TAP kəmərinin tikintisinə hazırlıq işləri aparılır. Bu il boru kəmərinin tikintisinə başlanması nəzərdə tutulur.
TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR(20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu