Körfəz ölkələri neft üzrə görüş keçirməyi təklif edir


Fars körfəzi ölkələri aprelin birinci yarısında region şəhərlərinin birində Neft İxrac Edən Ölkələr Birliyinə (OPEK) üzv və qeyri-üzv neft hasilatçısı ölkələrin görüşünü keçirməyi planlaşdırır.


"Report" xəbər verir ki, bu barədə körfəzin ərəb ölkələrindən birinin OPEK-dəki nümayəndəsinə istinadən "Reuters" məlumat verib.
"Nə tarix, nə də məkan müəyyənləşib. Körfəz ölkələri görüşün aprelin birinci yarısında və Dohada, eləcə də körfəzdəki hansısa digər şəhərdə keçirilməsinə üstünlük verir", - deyə mənbə bildirib.
Xatırladaq ki, bir müddət əvvəl "Bloomberg" Nigeriyanın neft naziri Emmanuel Kaçikvuya istinadən neft hasil edən ölkələrin görüşünün martın 20-də Rusiyada keçiriləcəyini xəbər vermişdi. Amma OPEK-dən neft hasil edən ölkələrin yeni görüşünün tarixi və yeri haqqında qərarın olmadığı bildirilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu