​Türkiyədə 16 terrorçu zərərsizləşdirilib


Türkiyənin Şırnak əyalətinin İdil rayonunda keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu PKK qruplaşmasının 16 silahlısı zərərsizləşdirilib.


"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, İdil rayonunun Turqut Özal məhəlləsində terrorçuların qazdıqları xəndəklərin doldurulması zamanı bir qrup silahlı əsgərlərə hücum edib. Atışma nəticəsində 16 terrorçu zərərsizləşdirilib.
Ərazidə əməliyyat davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu