​ABŞ-da qatar relsdən çıxıb, 10 nəfər xəsarət alıb


BŞ-ın Kaliforniya ştatında sərnişin qatarının relsdən çıxması səbəbindən baş verən qəza nəticəsində azı 10 nəfər xəsarət alıb.


"Report" xəbər verir ki, bu haqda "Associated Press" məlumat yayıb.
Məlumata görə, hadisə əyalətin Sanole rayonunda baş verib. Xəbərdə bildirlib ki, vaqonlardan biri dərəyə düşüb. Yerli polis məmuru həmin vaqonun yarıyadək su ilə dolduğunu söyləyib. Xilasedicilər sərnişinlərin vaqondan çıxmasına yardım edib.
Hadisənin başvermə səbəbi açıqlanmır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu